SOCAR səhmlərinin 49 faizini Saakaşvilinin arvadına verdilər? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR səhmlərinin 49 faizini Saakaşvilinin arvadına verdilər? – ŞİRKƏTİN REAKSİYASI

SOCAR səhmlərinin 49 faizini Saakaşvilinin arvadına verdilər?


“SOCAR Georgia” şirkətinin səhmlərinin 49%-nin Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsa məxsus olması barədə iddialar ağlasığmazdır”.

AzNews.info-nun məlumatına görə, bu barədə “APA-Economics"ə “SOCAR Georgia”nın baş direktoru Mahir Məmmədov bildirib.

Baş direktorun sözlərinə görə, bu cür bəyanatlar verən şəxslərin yalnız bir məqsədi var – özünə diqqət cəlb etmək.

“Ağlasığmaz, gülünc bəyanatlarla kimlərsə özünə diqqət cəlb etmək istəyir və buna nail olur. Bu cür açıqlamalar bizdə yalnız gülüş doğurur. “SOCAR Georgia”nın səhmdarları barədə məlumatlar ictimaiyyət üçün açıqdır. Biz fəaliyyətimizdə şəffafıq”, - deyə M. Məmmədov qeyd edib.

Qeyd edək ki, “Azad Gürcüstan” partiyasının lideri Kaxa Kukava yerli “Xronika” qəzetinə müsahibəsində bildirib ki, “SOCAR Georgia”nın səhmlərinin 49%-i Gürcüstanın sabiq birinci xanımı Sandra Rulovsa məxsusdur.

“Səhmlərin 51%-i SOCAR-a məxsusdur. Xarici biznes nəşrlərlə tanış olsanız, görərsiniz ki, “SOCAR Georgia”nın 49%-i offşor zonada qeydiyyatdan keçən və Sandra Rulovsun sahibi olduğu olan şirkətə məxsusdur. Gürcüstanda hakimiyyət dəyişəndən sonra, yerli mətbuat dəfələrlə yazıb ki, Bidzina İvanişvili SOCAR-ı, o cümlədən Azərbaycan hökumətini bununla şantaj edib və 49%-lik səhm paketini öz yaxın qohumu Uça Mamatsaşvilinin adına qeydiyyata salmağı tələb edib. Lakin sabiq baş nazir rədd cavabı alıb. İndi isə İvanişvili Kaxa Kaladzedən (baş nazirin birinci müavini, energetika naziri - red.) istifadə edərək, Azərbaycana qarşı müharibə aparır və SOCAR-dan öz payını tələb edir. Məlum olur ki, Gürcüstan hökumətinin “Qazprom”la apardığı danışıqların heç bir siyasi tərəfi yoxdur. Bu, gözdən pərdə asmaqdır”, - deyə siyasətçi qeyd edib.

Qeyd edək ki, “SOCAR Georgia”nın 51%-i SOCAR-a, 49%-i isə “Petro-Trans” şirkətinə məxsusdur. “Petro Trans” şirkətinin isə azad zonada yaradılması və baş ofisinin Dubayda yerləşməsi barədə məlumat var.

Mənbə: APA-Economics
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *