SOCAR-ın bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

SOCAR-ın bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq

SOCAR-ın bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhmdar cəmiyyət formasında fəaliyyət göstərən bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq.

Aznews.info “Report”-a istinadən xəbər verir ki, bu açıqlama ilə SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır:

“Yəqin ki, gəlirlə işləyən müəssisələri seçəcəyik ki, həmin səhmlər vətəndaşlarımız üçün maraqlı olsun”.

R.Abdullayev onu da vurğulayıb ki, SOCAR-ın özünün ilkin səhm bazarına (İPO) çıxmaq planı yoxdur.

Şirkət prezidenti, həmçinin qeyd edib ki, xarici borc bazarına çıxılması, bond buraxılması da gündəmdə deyil:

“SOCAR istiqrazlarının buraxılmasında məqsəd xarici investorlara ödədiyimiz faizləri daxili investorlara yönəltməkdir. Xarici bazardan vəsait cəlb etsək, uzunmüddətli cəlb etməliyik, bu cür borclanma bizə uzunmüddətli layihələr üçün lazımdır. Hələ ki, belə bir plan yoxdur”.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *