SOCAR gəlirlərini xalqla böləcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

SOCAR gəlirlərini xalqla böləcək

SOCAR gəlirlərini xalqla böləcək

“Azərbaycan vətəndaşlarının SOCAR istiqrazları vasitəsilə qurumun gəlirlərindən pay alması mümkün olacaq”.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bunu istiqrazın təqdimat mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

“20 sentyabr 2016-cı il tarixindən etibarən 100 milyon dollarlıq SOCAR istiqrazlarının satışına başlanılacaq. Bu, unikal bir imkandır.

Təxminən 100 il əvvəl də neft emalı zavodları, nəqliyyat müəssisələri tərəfindən də istiqrazlar buraxılmışdır. Həmin vaxt da məqsəd gəlirləri Azərbaycan əhalisi ilə bölmək idi”.

R.Abdullayev bildirib ki, SOCAR istiqrazlarının buraxılmasında məqsəd Azərbaycan vətəndaşlarının gəlir əldə etməsi və qurumun borc alətlərinin şaxələndirilməsidir.

O, həmçinin əlavə edib ki, bu gün SOCAR-ın kapitalı 14 milyard dollar, cəmi aktivləri isə 40 milyard dollardır və 100 milyon dollar bu məbləğlərin yanında çox kiçik rəqəmdir.

Xatırladaq ki, istiqrazların satışına sentyabrın 20-dən başlanacaq və bu proses oktyabrın 10-na qədər davam edəcək. Nominal dəyəri 1000 dollar olan istiqrazlar illik 5% gəlir gətirəcək. İstiqrazların məcmu nominal dəyəri 100 milyon dollardır.

Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq. SOCAR istiqrazlarını Asan xidmət mərkəzlərindən də əldə etmək mümkün olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *