SOCAR Afrikada ziyana düşüb » AzNews.info -Xəbər portalı

SOCAR Afrikada ziyana düşüb

SOCAR Afrikada ziyana düşüb


Azərbaycan Dövlət Neft Şirkətinin ticarət evi olan “SOCAR Trading”in Məhəmmədiyyə şəhərində (Mərakeş) Samir neft emalı zavodunun ləğvindən itkiləri 9 milyon dollar təşkil edəcək.

AzNews.info-nun məlumatına görə, “Contact.az” “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə “SOCAR Trading”in hesabatında deyilir.

NEZ-nın Mərəkeşin vergi orqanları qarşısında borcları 1,3 milyard dolları ötüb, ümumi borc isə 4,5 milyard dollara çatıb, bu səbəbdən də məhkəmə zavodun bağlanması ilə bağlı qərar çıxarıb.

“SOCAR Trading” sığorta hesabına vəsaitlərin qismən ödənilməsi hesabı ilə itkiləri 9 milyon dollar həcmində hesablayıb, - deyə hesabatda bildirilir.

Məhsulunun bir hissəsini “SOCAR Trading”in satdığı “Samir NEZ”-ə 62,26% səhm sahibi olan “Corral Holdings” şirkəti nəzarət edir.

“SOCAR Trading” Afrikada fəaliyyətini 2015-ci ildən genişləndirir. O vaxt Beninin “Octogone Stockage de Produits Petroliers” şirkətində 20% pay alıb.

“SOCAR Trading” Anqolada da “STL Oil and Gas SA” vasitəsilə genişlənmək istəyir. O şirkətdə 49% səhmə nəzarət edir. Şirkət Nigeriya və Misir bazarında iştirak edir.

Mənbə: Contact.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *