"SOCAR Trading" Hyustonda ofis açır

"SOCAR Trading" şirkəti ABŞ-ın Hyuston şəhərində ofis açmağı planlaşdırır.
"Reuters"in verdiyi məlumata görə, bu barədə "SOCAR Trading" şirkətinin icraçı direktoru Arzu Əzimov bildirib.
O xatırladıb ki, şirkətin hazırda Kanadanın Kalqari şəhərində ticarət nümayəndəliyi var: "Buradakı nümayəndəlik aktiv şəkildə ABŞ və Kanada arasında ticarət imkanlarını araşdırır".
Virtualaz.org xatırladır ki, "SOCAR Trading" şirkəti 2007-ci ilin sonlarında Cenevrədə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən yaradılıb.
Mənbə: Virtualaz.org