Ukraynadan SOCAR-a yeni
Dövlət Neft Şirkəti bu ölkənin Milli İnvestisiya Şurasına üzv olub.
Ukrayna prezidenti yanında Milli İnvestisiya Şurasının sədri Boris Lojkin bir sıra məşhur xarici investorlara Şuraya üzv olmağı təklif edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, təklif həmçinin SOCAR rəhbərliyinə də ünvanlanıb.
“Biz bəzi potensial investorlarla bu məsələni müzakirə etmişik. Artıq Corc Soros, “Unilever” şirkətinin baş icraçı direktoru Pol Polman, o cümlədən SOCAR rəhbərliyi Şuraya üzv olmaq üçün ilkin razılığını verib”, - deyə B.Lojkin bildirib.
Onun sözlərinə görə, Şura Ukraynada biznes mühitinin inkişafına dəstək olacaq.
Mənbə:> Oxu.az