SOCAR üçün yeni dövlət standartları hazırlandı
Cari il ərzində təxminən 150-ə qədər yeni standart qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu sözləri Caspian European Club-ın təşkil etdiyi biznes-forum çərçivəsində jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, göstərilən rəqəmdən əlavə isə Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi əsasında 140 yeni dövlət standartı Komitənin Standartlaşdırma İnistitunda hazırlanıb. SOCAR yeni standartları artıq neft-kimya kompeksində tətbiq edir.
Komitə sədri onu da qeyd edib ki, ümumilikdə Azərbaycanda 900 milli, 20 minə yaxın dövlətlərarası və beynəlxalq standartlar mövcuddur.
Mənbə:> Oxu.Az