2015-ci ildə 20-dən çox dövlət standartı yaradılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

2015-ci ildə 20-dən çox dövlət standartı yaradılıb

2015-ci ildə 20-dən çox dövlət standartı yaradılıb


Cari il ərzində 23 yeni standart dövlət qeydiyyatına alınıb.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib.

Komitədən bildirilib ki, bunların sırasında “İctimai iaşə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya məhsulları”, “Alkoqolsuz tonuslandırıcı ickilər”, “Profillənmiş fibrosement lövhələr və fitinqlər”, “Məhsulun spesifikasiyası və sınaq metodları”, “Məişət xidmətləri. Kimyəvi Təmizləmə”, “Güc trannsfarmatorları” və s.ləri yer alır.

“İqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən ilə artmaqdadır. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunması, Ümumdünya Ticarət Təşkilatına üzvlük çərçivəsində tələblərdən biri olan Ticarətdə Texniki Maneələrin aradan qaldırılmasına yardımçı olan standartların yaradılması və s.dən ibarətdir”-deyə, komitədən qeyd edilib.

Onu da əlavə edək ki, bu gün Beynəlxalq Standartlaşdırma Günüdür.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *