İrandan SOCAR-a təklif
“SOCAR hazırda İranın qaz yataqlarında müştərək tədqiqatların aparılması ilə bağlı təklifimizi araşdırır”.
Oxu.Az-ın məlumatına görə, bunu APA-nın İran bürosuna açıqlamasında İranın neft şirkətinin baş direktoru Əli Kardər deyib.
“İran bir müddət öncə qaz yataqlarının müştərək tədqiqatları üzrə birgə əməkdaşlıq layihəsini SOCAR-a təqdim edib və azərbaycanlı tərəfdaşlarımız bu məsələni araşdırır.
Mövcud şərait Azərbaycanla İran arasında neft sahəsində əməkdaşlıq perspektivinin yaxşı olacağına ümid etməyə zəmin yaradıb”, - deyə baş direktor qeyd edib.
Mənbə:> Oxu.az