SOCAR: Azərbaycan neft məhsullarının ixracını dayandırmayıb
Bu barədə Oxu.Az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan yağ məhsullarının ixracını tam dayandırmayıb.
“Digər məhsulların ixracı isə məhdudlaşdırılmış şəkildə həyata keçiriləcək”.
O, həmçinin sözlərinə əlavə edib ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir işləri isə avqust ayının sonunda başa çatacaq.
Qeyd edək ki, mətbuatda Azərbaycanın neft məhsulları ixracını tam dayandırdığını və bunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan təmir işləri ilə bağlı olduğu yazılıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli