Əksər banklar biznes kartları ilə nağdlaşdırmanı dayandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Əksər banklar biznes kartları ilə nağdlaşdırmanı dayandırdı

Əksər banklar biznes kartları ilə nağdlaşdırmanı dayandırdı


Banklarda biznes və korporativ kartlar üzrə nağdlaşdırma əməliyyatları dayandırılıb.

Aznews.info xəbər verir ki, banklardan Fins.az-a daxil olan məlumatlara görə, bu, Vergi Məcəlləsinə edilən dəyişikliyin 2017-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədardır.

Xatırladaq ki, yanvarın 1-dən hüquqi və ya fiziki şəxs olan sahibkarlar bank hesabındakı pulu nağdlaşdırdıqda sadələşdirilmiş vergi tutulacaq. Bu funksiyanı banklar yerinə yetirəcək.

Banklarda isə hələ ki, belə avtomatik sistem qurulmayıb. Ona görə də, ötən həftədən banklarda nağdlaşdırma müvəqqəti dayandırılıb.

Hazırda banklar həmin sistemin qurulması ilə məşğuldurlar. Kart hesablarından vəsaitlərin nağdlaşdırılması zamanı 1 faizlik vergini avtomatik tutmaq üçün yeni sistem qurulduqdan sonra əməliyyatlar bərpa ediləcək.

Bankların bəziləri artıq yeniliyə hazır olduqlarını bildiriblər. Ancaq əksəriyyəti bu həftə ərzində yeni sistemi işə salacaqlarını qeyd ediblər.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *