Banklarda girovu olanların nəzərinə » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Banklarda girovu olanların nəzərinə – VİDEO

Banklarda girovu olanların nəzərinə


Banklar məhkəmə qərarı ilə kredit borcu olanların əmlakını hərraca çıxarır. Onun satışından əldə olunan vəsaitdən isə 18 faizlik əlavə dəyər vergisi ödəyir. Məhz bu verginin ləğvi tələb olunur. Təklif kredit faizlərinin aşağı salınmasına hesablanıb.

AzNews.info-nun xəzərxəbər-ə istinadən məlumatına görə, kredit ödənilmədikdə Banklar məhkəmə qərarı ilə borclunun əmlakını hərraca çıxarır və öz paylarına düşən məbləğdən 18 faizlik əlavə dəyər vergisi ödəyirlər. Bankların maliyyə itkilərini azaltmaq üçün bu verginin ləğvi təklif olunur.

Mütəxəssislər Banklar Assosasiyası tərəfindən verilən təklifin həm vətəndaşlara, həm də banklara faydalı olacağı fikrindədir. İlk olaraq vətəndaşların daha iri məbləğdə və aşağı faizlə kredit almasına səbəb ola bilər.

Mütəxəssislər girov qoyanların da mövqeyinin qorunması üçün dəyişikliyi vacib sayır. Çünki əksər hallarda banklar hərraca qoyulan girovun ucuz və ya baha satınmasında maraqlı olmur.

Təkliflər Banklar Assosasiyası ilə Mərkəzi Bank arasında müzakirə olunacaq. Təkliflərin reallığa çevrilməsi ilə kredit faizlərinin önəmli dərəcədə aşağı salınması hədəflənir.


Mənbə: Xəzərxəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *