Banklar niyə kredit vermir? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Banklar niyə kredit vermir?

Banklar niyə kredit vermir?


"Bankdan kredit götürmək istəyirdim, ancaq mənə müsbət cavab verilmədi. Deyirlər ki, hələlik bank kredit verilişini dayandırıb. Banklar bu addımın səbəbini də açıqlamırlar".

Bunu ANS PRESS-in "qaynar-xətti"nə müraciət edən paytaxt sakini söyləyib. Adının açıqlanmasını istəməyən vətəndaş bir neçə banka getdiyini və hamısından da mənfi cavab aldığını deyib.

Məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən aparıcı banklardan birinin əməkdaşı ilə əlaqə saxladıq. Bank işçisi Vasif Qarayev ANS PRESS-ə açıqlamasında bildirib ki, hazırki vəziyyət kredit vermək üçün əlverişli deyil:

"Müştəri bir neçə gün öncə gəlib bizdən dollarla kredit götürüb. Sonradan məzənnə dəyişdiyi üçün müştəri bizi ittiham edir və deyir ki, guya biz onu aldatmışıq. Belə hallar son günlər tez-tez baş verdiyi üçün kredit verilişində fasilə yaranıb. Həmçinin, valyutaların məzənnəsinin qeyri-sabit olması da bankları kredit verməkdən çəkindirir".

Qeyd edək ki, ölkədə dollar və avronun məzənnəsində dəyişiklik baş verəndən sonra vətəndaşların xarici valyuta ilə aldıqları kreditlərin ödənişində problemlər yaranıb. Mütəxəssislər bankların bu səbəbdən kredit verməkdə tərəddüd etdiyini və əhalidə qalan borclarını yığmağa çalışdıqlarını söyləyir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *