0,5 faizlik endirim kredit bazarında nəyi dəyişəcək?! » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

0,5 faizlik endirim kredit bazarında nəyi dəyişəcək?!

0,5 faizlik endirim kredit bazarında nəyi dəyişəcək?!

Mərkəzi Bank uçot dərəcəsinin 3,5 faizdən 3 faizə endirilməsi ilə bağlı qərar qəbul etdi. Bu qərar iyulun 13-dən tətbiq ediləcək.

Ötən həftə isə istehlak kreditlərində komisiyon haqlarının məhdudlaşdırılması ilə bağlı qərar verimişdi. Artıq bir neçə bank komisiyon haqlarını aşağı salıb.

Məsələn, “Bank of Baku”nun açıqlamasında qeyd edilir ki, bank istehlak kreditlərinin verilməsi şərtlərində müəyyən dəyişiklik edib.

“Bank kreditin əldə olunmasına görə ilkin xərclərin azaldılması məqsədilə kreditin verilməsində komissiyalar kəskin şəkildə endirilərək 1 faiz təyin edib, kreditlərin faiz dərəcələrində isə cüzi artımlar olub.

10 iyul, 2015-ci il tarixindən etibarən “Bank of Baku” istehlak kreditləri üzrə komissiyanı 1 faiz saxlayaraq faiz dərəcələrini əvvəlki faiz dərəcələrinə qaytarıb. Artıq bütün filiallardan 10 min manata və ya dollaradək krediti 1 faiz komissiya ilə 24 ayadək müddətə rəsmiləşdirə bilərərlər”- deyə bankdan bildiriblər.

Onu da qeyd edək ki, hazırda bankda faktiki illik faiz dərəcəsi 25,47 faizdən başlayır.

Bəs son qərar, uçot dərəcələrinin aşağı salınması nəyi dəyişəcək?

İqtisadçı Vüqar Bayramov virtualaz.org saytına bildirib ki, uçot dərəcələrinin aşağı salınması qərarı kommersiya banklarına daha aşağı fazilə mərkəzləşdirilmiş kreditlərdən istifadə imkanı verəcək. Bu isə xeyli ucuz vəsaitlər cəlb edən bankların daha aşağı faizli kredit təklif etməsinə gətirib çıxara bilər.

“Uçot dərəcəsinin endirilməsinin bank faizlərinin aşağı salınması üçün iqtisadi və psixoloji əsas yaradacağı istisna edilmir. Bununla yanaşı, son qərarın bazara psixoloji təsirləri olacaq. Bu, kredit faizlərinin aşağı salınacağı ilə bağlı mesaj kimi də qiymətləndirilə bilər” - deyə V.Bayramov bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *