Azərbaycanda üç sığorta şirkətinin lisenziyası ləğv edildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda üç sığorta şirkətinin lisenziyası ləğv edildi

Azərbaycanda üç sığorta şirkətinin lisenziyası ləğv edildi


Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən, “Buta Sığorta”, “Beynəlxalq Sığorta Şirkəti” və “Azərqarant Sığorta” ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyaları sığortaçıların müraciətinə əsasən ləğv edilib.

Bu barədə Oxu.Az-a Palatadan məlumat verilib.

Belə ki, sözügedən sığorta şirkətlərinin səhmdarlarının ümumi yığıncağı tərəfindən həmin sığortaçıların könüllü qaydada ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Palataya müraciət daxil olmuşdur.

Palata, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən, “Buta Sığorta” ASC, “Beynəlxalq Sığorta Şirkəti” ASC və “Azərqarant Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *