Daha bir sığorta şirkəti bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Daha bir sığorta şirkəti bağlandı

Daha bir sığorta şirkəti bağlandı


Şirkət kapital çatışmazlığı ilə üzləşib.

Azərbaycanda daha bir sığorta şirkəti bağlandı. Söhbət “Azərqarant” sığorta şirkətindən gedir.

Aznews.info xəbər verir ki, bu barədə Fins.az-a açıqlamasında sığorta şirkətinin idarə heyətinin sədri Rəşad Məmmədov bildirib.

Onun sözlərinə görə, yeganə səhmdar Əliyev Oktay Abbas oğlunun qərarı ilə sığorta şirkəti noyabr ayının 1-dən etibarən fəaliyyətini dayandırıb. Buna səbəb isə sığorta şirkətinin kapital çatışmazlığı ilə üzləşməsi olub.

Belə ki, sığorta şirkəti kapitalını proporsional olaraq 3 bankda saxlayıb - “Nikoil Bank”, “Rabitə Bank” və “Atrabank”da. Sonuncu bank Mərkəzi Bankın qərarı ilə bu il yanvar ayının 27-də bağlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası isə bağlanan bankdakı hesabı nəzərə almayaraq sığorta şirkətinin kapitalını artırması ilə bağlı “Azərqarant”a müraciət edib. Çatışmayan kapital 2 milyon manatdan bir qədər artıq olub. Palata kapitalın artırılması üçün sığorta şirkətinə oktyabr ayının sonuna kimi vaxt verib.

Amma bu müddətdə sığorta şirkətində kapital artımı mümkün olmayıb. R.Məmmədov bildirib ki, sığorta şirkətinin bir səhmdarı olduğu üçün kapital artımı mümkün olmayıb və belə olan halda, sığorta şirkətinin fəaliyyətinə xitam verilməsi qərara alınıb.

O əlavə edib ki, noyabr ayının 5-dən etibarən sığorta şirkətində ləğvedici komissiya yaradılıb.
Komissiyanın sədri Rəşad Məmmədov, üzvləri isə baş mühasib Tamella Tağıyeva və təftiş komissiyasının sədri Günel Xəlilovadır. Komissiya öhdəliklərin yerinə yetirilməsinə başlayıb. Hələlik sığorta öhdəliyi ilə bağlı sığorta şirkətlərindən hər hansı müraciət edilməyib.

R.Məmmədov bildirib ki, böyük ehtimalla öhdəlikləri sığorta şirkəti özü yerinə yetirəcək. Amma bunun bağlı hələlik müzakirə aparılır.

Qeyd edək ki, bu, ilin əvvəlindən bəri Azərbaycanda bazarı tərk edən sayca 4-cü sığorta şirkətidir. Bundan əvvəl “Buta Sığorta”, “Alfa Sığorta” və “Beynəlxalq Sığorta Şirkəti”nin fəaliyyətinin dayandırmasına dair qərar qəbul edilib.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *