Beynəlxalq Sığorta Şirkətinin ləğv edilməsinə başlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Beynəlxalq Sığorta Şirkətinin ləğv edilməsinə başlanıldı

Beynəlxalq Sığorta Şirkətinin ləğv edilməsinə başlanıldı


“Beynəlxalq Sığorta Şirkəti” (BSŞ) ASC-nin ləğv edilməsi ilə bağlı yaradılmış komissiya artıq işə başlayıb.

Aznews.info xəbər verir ki, bu barədə “Report”a açıqlamasında komissiyanın sədri, şirkətin 100% səhmdarı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) baş direktoru Hidayət Sultanov məlumat verib.

Onun sözlərinə görə, hazırda ləğvetmə komissiyasının tərkibinə daxil olan ABB-nin 5 təmsilçisi, eləcə də BSŞ-nin 27 işçisi sığorta öhdəliklərinin icrası ilə məşğuldur: “Sığorta hadisələri baş verdikcə aktlaşdırılır və ödəniş verilir. Şirkət adi qaydada işini davam etdirir, öhdəliklərin icrası başa çatana qədər işləyəcək”.

H.Sultanov onu da qeyd edib ki, SŞ-nin sığortalılarla yanaşı, kreditorlar qarşısında da öhdəlikləri var:

“Şirkətə müəyyən xidmətlər göstərənlər olub, amma onların pulu ödənilməyib. Düşünürəm ki, BSŞ-nin aktivləri həm sığortalılar, həm də kreditorlar qarşısında öhdəlikləri yerinə yetirməyə imkan verəcək”.

Bununla belə, komissiya sədri şirkətin öhdəliklərinin ümumi məbləğini açıqlayıb.

Xatırladaq ki, ABB-nin səhmdarlarının oktyabrın 12-də keçirilmiş növbədənkənar ümumi yığıncağında BSŞ-nin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib. Buna səbəb şirkətin maliyyə göstəricilərinin təsisçini qane etməməsi olub.

Qeyd edək ki, BSŞ 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu ilin ilk yarısında aktivləri təxminən 10% azalan şirkət yarımilliyi 1,485 mln. manat xalis zərərlə başa vurub.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *