Neftin qiyməti stabilləşib
Dünya bazarlarında neftin qiymətlərində stabillik nümayiş olunur.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,52% azalaraq 49,45 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39% ucuzlaşaraq 48,51 dollar təşkil edib.
Qeyd edək ki, artıq bir neçə gündür ki, neftin qiymətləri 48-49 dollar ətrafında dəyişir.
Mənbə:> Oxu.az