Neftin qiyməti yenidən stabilləşib
Martın 11-də hərracların nəticələrinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 40,81 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 38,72 dollar təşkil edib.
Qeyd edək ki, cümə axşamı hərracların yekunlarına görə, Brent və WTI-nin qiymətləri müvafiq olaraq 40,86 və 37,81 dollar təşkil etmişdi.
Mənbə:> Oxu.Az