Neftin qiymətləri
Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,15% azalaraq 53,06 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,16% ucuzlaşaraq 51,27 dollar təşkil edib.
Qeyd edək ki, dünən neftin qiyməti birillik maksimuma çatmış, Brent neftinin bir barelinin qiyməti 53,31 dollaradək bahalaşmışdı.
Mənbə:> Oxu.az