Neftin qiymətləri
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,13 dollar və ya 0,34% ucuzlaşaraq 37,76 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrın 28-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar və ya 0,76% ucuzlaşaraq 37,81 dollar təşkil edib.
Mənbə:> Oxu.Az