Dövlət büdcəsində kəsir yaranıb – STATİSTİKA
2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10 milyard 103,1 milyon manat, xərcləri 10 milyard 622,2 milyon manat olub, 519,1 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
Oxu.Az-a Maliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə 2016-cı ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair informasiyada bildirilib.
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin mədaxili 12 milyard 98,3 milyon manat proqnoza qarşı 10 milyard 103,1 milyon manat və ya 16,5% az icra olunub.
2016-cı ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,5% və ya 10 milyard 622,2 milyon manat icra olunub.
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14 milyard 951 milyon manat, icmal büdcənin xərcləri isə 12 milyard 623,4 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 2327,6 milyon manat təşkil edib.
Mənbə:> Oxu.az