Azərbaycan büdcəsində 519 milyon manatdan çox kəsir yaranıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycan büdcəsində 519 milyon manatdan çox kəsir yaranıb

Azərbaycan büdcəsində 519 milyon manatdan çox kəsir yaranıb

2016-cı ilin doqquz ayında Azərbaycan dövlət büdcəsinin mədaxili 10103,1 mln. manat, xərcləri 10622,2 mln. manat olub, 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı doqquz ayında dövlət büdcəsinin mədaxili 12098,3 mln. manat proqnoza qarşı 10103,1 mln. manat və ya 16,5 faiz az icra olub.

Azərbaycan Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 4926,3 mln. manat vəsait təmin edilib.

Həmin vəsaitin 78,0 faizi (ötən ilin eyni dövrünə nisbətən 9,6 faiz-bənd çox) və ya 3843,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 374,6 mln. manat və ya 10,8 faiz çoxdur.

2016-cı ilin doqquz ayında Azərbaycan Dövlət Gömrük Komitəsi proqnoza 125,6 faiz əməl edərək dövlət büdcəsinə 1653,8 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 529,6 mln. manat və ya 47,1 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 3260,0 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 2370,5 mln. manat və ya 42,1 faiz azdır.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 192,9 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 70,1 mln. manat vəsait daxil olub. 2016-cı ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili 3969,3 mln. manat icra olunub.

2016-cı ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,5 faiz və ya 10622,2 mln. manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4514,0 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 406,6 mln. manat və ya 9,9 faiz çoxdur.

Cari ilin altl ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 212,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 1151,7 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 29,0 mln. manat vəsait yönəldilib.

2016-cı ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 3800,7 mln. manat icra olunub.

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14951,0 mln. manat, icmal büdcənin xərcləri isə 12623,4 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 2327,6 mln. manat təşkil edib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *