OPEC: Azərbaycan neft hasilatını artıracaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

OPEC: Azərbaycan neft hasilatını artıracaq

OPEC: Azərbaycan neft hasilatını artıracaq

2016-cı ildə Azərbaycan və Rusiyada neft hasilatı artdığı bir vaxtda, Qazaxıstan və MDB-nin digər ölkələri "qara qızıl" istehsalını azaldacaq. APA xəbər verir ki, bu barədə OPEC-in oktyabr ayı üzrə hesabatında deyilir.

OPEC Azərbaycanda orta sutkalıq neft hasilatının 870 min barrel səviyyəsində olacağını proqnozlaşdırır. Bundan öncəki hesabatında da OPEC Azərbaycanda hasilatın qeyd edilən səviyyədə olacağını proqnoz verib. Beləliklə, kartel Azərbaycanda orta sutkalıq hasilatın 10 min barrel artacağı ilə proqnozunu saxlayıb.

Avqust ölkəmizdə sutkalıq xam neft istehsalı 30 min barrel azalaraq 860 min barrelə enib.

Bildirilir ki, ümumilikdə cari ilin I yarısında ölkə üzrə sutkalıq neft istehsalı stabil səviyyədə saxlanılaraq 870 min barrel təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə eyni, ötən ilin II yarısı ilə müqayisədə isə 20 min barrel çoxdur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *