Bağlanan banklara kredit borcu olanlara və əmanətçilərə müraciət edildi
Əmanətlərin Sığortalanması Fondu ləğv olunmuş 11 bank qarşısında öhdəliyi olan şəxslərə müraciət edib.
Aznews.info APA-ya istinadən xəbər verir ki, fondun icraçı direktoru Azad Cavadov kredit götürən şəxsləri öz öhdəliyini yerinə yetirməyi çağırıb:
“Mən burdan səslənərək bildirmək istəyirəm ki, hər kəs götürdüyü krediti qaytarmalıdır.
İnsanlar düşünür ki, əgər bank bağlandısa, deməli, krediti qaytarmamaq olar. Bu, elə deyil. Əksinə, siz krediti qaytarmalısınız. Krediti ödəməlisiniz ki, qorunmayan əmanətçilərin əmanətləri ödənilsin”.
A.Cavadov əmanətlərini hələ də götürməyən əmanətçilərə də müraciət edib:
“Əmanəti olan şəxslər əmanətlərini gəlib götürmür, bu da bizim işimizi ləngidir”.
Mənbə:> APA