Nazir: Xarici valyutada krediti olanlara yardım etmək dövlətə çətindir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nazir: Xarici valyutada krediti olanlara yardım etmək dövlətə çətindir

Nazir: Xarici valyutada krediti olanlara yardım etmək dövlətə çətindir


Hökumət bank sektorunda baş vermiş problemlərlə əlaqədar bir sıra tədbirlər görüb və görməkdədir.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

“Bu tədbirlərdən biri banklarda əmanəti olan əmanətçilərin maraqlarının qorunmasıdır. Bilirsiniz ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul olundu və qüvvəyə mindi. Onu da bilirsiniz ki, Əmanətlərin Sığortalanması Fondunda vəsait çatmadıqda, belə hallar artıq baş verib, Mərkəzi Bank bu fonda kredit verib və o kreditə dövlət zəmanəti təqdim olunub. Dövlət zəmanəti vermək üçün Maliyyə Nazirliyinə səlahiyyət verilib.

Bu da dövlətin əmanətçilərə verdiyi dəstəkdir. O ki qaldı xarici valyutada kreditləri olan şəxslərə dəstəyə, bu, borcalan və borcverən arasında olan münasibətlərə bağlıdır. Biz hər iki tərəf üçün, həm əmanətçi və kredit borcu olanlar üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq. "Dövlət öhdəliyi öz üzərinə götürür" demək asandır. Lakin bunun üçün maliyyə imkanları olmalıdır. Biz anlamalıyıq ki, krediti borcu olan məhdud sayda insanların öhdəliyini bütün cəmiyyətin, yəni vergi ödəyicilərinin üzərinə qoyuruq”, - deyə nazir bildirib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *