Fond əmanətləri qaytarmaq üçün 460 milyon manat borc alacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Fond əmanətləri qaytarmaq üçün 460 milyon manat borc alacaq

Fond əmanətləri qaytarmaq üçün 460 milyon manat borc alacaq


“Borc on il müddətinə qaytarılacaq” .

““Bank Standard” QSC-də sığorta hadisəsi baş verib”.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün həm də Əmanətlərin Sığortalanması Fondu “Bank Standard” QSC-nin ləğvedicisi təyin olunub:

“Bununla da biz həm sığorta ödənişləri ilə məşğul olacağıq, həm də bankın ləğvedicisi kimi fəaliyyət göstərəcəyik. Dövlət çalışdı ki, sağlamlaşdırma tədbirləri ilə bankı sistemə qaytarsın, lakin bu, mümkün olmadı. Bankı müflis etməklə, daha az itkiyə məruz qalınmasına qərar verildi”.

A.Cavadov əlavə edib ki, Fondun Mərkəzi Bankdan borc olaraq alacağı 460 milyon manat kredit 10 illik müddətə 0,15% borclanma dərəcəsi ilə verilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *