Dövlət Gömrük Komitəsi gələn il üçün proqnozları açıqladı
Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci il dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu yerinə yetirmək iqtidarındadır.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.
Gələn il gömrük rüsumları və vergiləri üzrə daxilolmaların proqnozu 2,2 milyard manat həcmindədir. Bu, cari ilin gözləntilərini 21,5 faiz ötür.
Mənbə:> Oxu.az