Gömrük Komitəsi büdcəyə ödənişləri artırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Gömrük Komitəsi büdcəyə ödənişləri artırdı – HESABAT

Gömrük Komitəsi büdcəyə ödənişləri artırdı


2015-ci ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 200 805,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 68 769,97 min manat, yaxud 52,08% çoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) dekabr ayı üzrə açıqladığı statsitik məlumatda bildirilib.

“Dekabrda dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9 914,01 min manat və yaxud 38% artaraq 36 000,77 min manat olub. ƏDV üzrə daxilolmaların həcmi 55 656,12 min manat və ya 56,54% artaraq 154 085,9 min manat, aksizlər 2698,75 min manat, yaxud 46,66% artaraq 8483,23 min manat, yol vergisi üzrə daxilolmalar isə 501,09 min manat və ya 28,87% artaraq 2235,8 min manat təşkil edib”, - deyə komitədən qeyd edilib.

Gömrük Komitəsi büdcəyə ödənişləri artırdı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *