Maliyyə Palatasından sığorta şirkətlərinə tövsiyə » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Rəsmi

Maliyyə Palatasından sığorta şirkətlərinə tövsiyə

Maliyyə Palatasından sığorta şirkətlərinə tövsiyə


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkənin sığorta şirkətlərinə sığorta qanunvericiliyinə ciddi əməl etməyə və müştərilərin hüquqlarını qorumağa çağırıb.

Oxu.Az Fins.Az-a istinadən xəbər verir ki, bu barədə qurumdan sığorta şirkətlərinə ünvanlanan məktubda bildirilir.

Palata bildirib ki, aparılan yoxlamalar zamanı sığorta şəhadətnaməsində məlumatların düzgün yazılmasına nəzarət edilməsi ilə bağlı pozuntular aşkar edilib, bu pozuntula aradan qalxmalı, o cümlədən, sığorta şirkətləri daxili audit qaydalarına daha ciddi əməl etməlidirlər.

Məktubda deyilir:

“Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarının peşəkar iştirakçıları tərəfindən sığorta qanunvericiliyi tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə keçirilən monitorinqlər zamanı ANVSMM icbari sığortası şəhadətnaməsi buraxılarkən sığorta predmeti və sığortalı ilə bağlı məlumatların (avtonəqliyyat vasitəsinin mühərrikinin həcmi, ban və mühərrik nömrəsi, çəkisi və oturacaq sayı, sığortalının şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi, telefon nömrəsi vəs.) İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə səhv daxil edilməsi və həmin məlumatları təsdiq edən sənədlərin tələb olunmaması hallarına rast gəlinib.

Qeyd edək ki, Mülkü Məcəllənin 908.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlandığı anda sığorta predmeti və sığorta marağı mövcud olmadıqda sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır.

Həmçinin, “Sığortaçılarda daxili auditin aparılması” qaydalarının 2.2.9-cu maddəsinə əsasən sığorta agentlərinin fəaliyyətinin qanunauyğunluğu və belə fəaliyyətlə bağlı mümkün olan risklərin nəzarətdə saxlanması sığortaçının daxili audit xidməti tərəfindən təmin edilməlidir.

Lakin bu pozuntuların sığortaçılar tərəfindən vaxtında aşkarlanaraq, aradan qaldırılmaması bu Qaydaların tələblərinə riayət olunması vəziyyətinin istənilən səviyyədə olmadığını göstərir.

Bununla əlaqədar olaraq, “Sığortaçılarda daxili auditin aparılması” qaydalarından irəli gələn tələblərə riayət edilməsinə nəzarətin gücləndirilməsinin, buraxılan bütün ANVSMM icbari sığortası şəhadətnamələri üzrə sığorta predmetini və sığorta marağını təsdiqləyən sənədlərin (fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər üçün kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi,tələb olunduğu halda etibarnamə) və müvafiq icbari sığorta şəhadətnamələrinin surətlərinin cəmiyyətinizdə saxlanmasının (həmçinin, müvafiq qaydada arxivləşdirilməsinin) və bu sənədlərdəki məlumatların İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə daxil edilmiş məlumatlarla eyniliyinin yoxlanılmasının təmin edilməsi sizə tapşırılır.

Sığorta bazarında bu kimi halların qarşısının alınması və gələcəkdə istər cəmiyyətinizə, istərsə də sığorta bazarının istehlakçılarına gətirə biləcəyi zərərlərin minimuma endirilməsi məqsədi ilə cəmiyyətinizdə risk və monitorinq qrupunun formalaşdırılması sizə tövsiyə edilir”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *