SOCAR Gürcüstana qaz satışını yeddi dəfə artırıb
“Bu gün Gürcüstanın qaz təchizatının və neft məhsulları bazarının da böyük qismini SOCAR təmin edir.
“SOCAR Energy Georgia” MMC Gürcüstanın ən böyük vergi ödəyicisidir və hazırda Tbilisi şəhəri istisna olmaqla, bütün Gürcüstan üzrə regional qaz distribusiya şəbəkəsinin 95%-nə nəzarət edir”.
Oxu.Az-ın məlumatına görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir.
“2009-2015-ci illər ərzində SOCAR-ın Gürcüstan bazarında qaz satışının həcmi təqribən 7 dəfə artıb, törəmə şirkətimiz tərəfindən ölkədə 5 min 360 kilometr uzunluğunda qaz xətləri çəkilib, 209 min 136 abonent qazlaşdırılıb”, - deyə şirkətin prezidenti sözlərinə əlavə edib.
Mənbə:> Oxu.az