Əmanətçilərə 257 milyon manat kompensasiya ödənilib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Əmanətçilərə 257 milyon manat kompensasiya ödənilib

Əmanətçilərə 257 milyon manat kompensasiya ödənilib


Əmanətlərin Sığortalanması Fondu tərəfindən 16 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 249 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 46 milyon 732 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 16 milyon 852 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödənilib.
Fonddan Oxu.Az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 98 milyon 596 min manatdan artıq kompensasiya ödənişi edilib.

16 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 milyon 176 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 527 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 13 milyon 703 min manatdan artıq kompensasiya ödənişi baş tutub.

16 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 863 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 879 min manatdan artıq kompensasiya ödəniş olunub.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 257 milyon 178 min manatdan artıq kompensasiya ödənilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *