Bağlanan 4 bankın əmanətçilərinə kompensasiya ödənişi davam edir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bağlanan 4 bankın əmanətçilərinə kompensasiya ödənişi davam edir

Bağlanan 4 bankın əmanətçilərinə kompensasiya ödənişi davam edir


Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Bu barədə Fonddan Oxu.Az-a bildirilib.

11 avqust 2016-cı il tarixdə “Parabank”ın qorunan əmanətçilərinə 15,4 milyon manat, “Zaminbank”ın qorunan əmanətçilərinə 16,9 milyon manat, “Kredobank”ın qorunan əmanətçilərinə 4,1 mln. manat və “Dekabank”ın qorunan əmanətçilərinə isə 2 milyon manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 38,4 milyon manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank”, “Kredobank” və “Zaminbank”ın qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank”, “Kredobank” və “Zaminbank”ın baş ofisinə, “Parabank”ın qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *