Daha 3,3 milyon manat kompensasiya ödənilib
Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
Bu barədə Fonddan Oxu.Az-a bildirilib.
“Parabank”ın qorunan əmanətçilərinə 13,8 milyon manat, “Zaminbank”ın qorunan əmanətçilərinə 15,2 milyon manat, “Kredobank”ın qorunan əmanətçilərinə 3,6 milyon manat və “Dekabank”ın qorunan əmanətçilərinə isə 1,7 milyon manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 34,3 milyon manatdan artıq kompensasiya ödənilib.
Qeyd edək ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank”, “Kredobank” və “Zaminbank”ın qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank”, “Kredobank” və “Zaminbank”ın baş ofisinə, “Parabank”ın qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.
Qeyd edək ki, ötən gün ümumilikdə, 4 bank üzrə 31 milyon manat ödəniş edilmişdi.
Mənbə:> Oxu.Az