Yeni mobil operator - "WhatSim"
Dünyanın ən geniş yayılmış mobil mesenceri "WhatsApp" virtual mobil xidmət təqdim edəcək.
ANS PRESS-in məlumatına görə, sim kartları istehsal edən şirkətin tərəfdaşı da elə "WhatSim" şirkəti olacaq. "WhatSim"in yaradıcısı italyan mobil operatoru "Zeromobile"dır.
"WhatApp"ın genişləndirilmiş funksiyalarla birlikdə illik xidmət haqqı 10 avro olacaq. Bu qiymətə istifadəçi dünyanın istənilən yerində olan adamlarla istədiyi qədər mesajlaşa biləcək. Lakin şəkil, audio və video yazıların paylaşılmasına görə "Zeromobile"ın rouminq tariflərinə uyğun olaraq ödəniş edilməli olacaq. Bununla belə dəqiq qiymət hələ ki, müəyyənləşməyib.
Maraqlısı isə odur ki, "WhatSim" yalnız Avropa, Asiya və Afrika ölkələrində fəaliyyət göstərəcək. ABŞ-da bu hələlik mümkün olmayacaq. Səbəbi dəqiq bilinməsə də, "Google"un təzyiq etməsi də istisna deyil. Belə ki, keçən həftə "Google" "Nova" adı ilə buna bənzər virtual şəbəkə yaradacığını bildirmişdi. Bundan başqa bütün video və audio yazıların pulsuz olacağı da qeyd edilmişdi. Rusiyada isə "WhatSim" artıq fəaliyyətdədir. Hətta sim kartı sifariş etmək də mümkündür.
Mənbə:> ANSPRESS