Mobil rabitə şirkətləri sıradan çıxır » AzNews.info -Xəbər portalı

Mobil rabitə şirkətləri sıradan çıxır

Mobil rabitə şirkətləri sıradan çıxır


Juniper Research tədqiqat agentliyinin qiymətləndirməsinə görə, mobil rabitə operatorlarının şəbəkələrin qurulması, marketinq və başqa tədbirlərə illik xərcləri təxminən 800 milyard dollar təşkil edir. 2020-ci ilədək bəzi mobil şirkətlərin xərcləri onların gəlirlərini ötə bilər.

Analitiklər bildiriblər ki, operatorların gəlir artımı sıfıra yaxınlaşır, amma bu halda mobil trafikin çox istifadəsi ilə əlaqədar xərclər yüksəlir. Bu vəziyyət yaxın illərdə pisləşə bilər.

Ekspertlər 12 beynəlxalq operatorun fəaliyyətini araşdıraraq aydınlaşdırıblar ki, son üç ildə bu telekommunikasiya şirkətlərinin marjası orta hesabla 6,4% azalıb.

Ekspertlər bildiriblər ki, operatorlar zərərə baxmayaraq, mobil internetə tələbatın artdığı inkişaf etməkdə olan bazarlarda şəbəkələrin qurulmasına sərmayə yatırır. Gözləntilərə görə, Hindistan subkontinentində işləyən operatorların xərcləri yaxın üç ildə gəlirdən 45 milyard dollar çox olacaq.

Mənbə: ICTnews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *