“Google” qaşıq buraxacaq » AzNews.info -Xəbər portalı

“Google” qaşıq buraxacaq

“Google” qaşıq buraxacaq


Google şirkəti Parkinson xəstəliyindən əziyyət çəkənlər üçün nəzərdə tutulmuş smart-qaşıq istehsal edən Lift Labs startapını satın alıb. Bu haqda Lift Labsın mətbuat xidməti yazıb.

ANS PRESS-in "ICTnews"a istinadən məlumatına görə, Lift Labs Parkinson xəstəliyindən əziyyət çəkənlərin həyat şəraitini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş smart-qaşığın istehsalçısıdır. Bu xəstəliyin əlamətlərindən biri əllərin titrəməsidir. Qaşığın qulpu sensorlarla təchiz olunub, yuxarı hissəsi hərəkətlidir və sensorun göstəricilərinə uyğun olaraq vəziyyətini dəyişdirir.

İndi Lift Labs startapı Google X məxfi laboratoriyasının bir hissəsi olacaq, onun əməkdaşları yeni şirkətdə işinə davam edəcəklər.

Mənbə: ICTNews
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *