Fond: Əmanətçiyə hissə-hissə kompensasiya ödənilə bilməz » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Fond: Əmanətçiyə hissə-hissə kompensasiya ödənilə bilməz

Fond: Əmanətçiyə hissə-hissə kompensasiya ödənilə bilməz


Bağlanmış 4 bankın qorunan əmanətçilərinin 55%-nin pulu 1 manatdan çox deyil.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir.

Bu barədə Oxu.Az-a Əmanətlərin Sığortalanması Fondundan (ADİF) bildirilib.

Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.3-cü maddəsinə əsasən, bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, qorunan əmanətçilərə kompensasiya məbləği bir dəfəyə tam olaraq ödənilir, bir əmanətçiyə hissə-hissə kompensasiya ödənilməsi qanunvericiliyə ziddir və ADİF-in proqram sistemində nəzərdə tutulmayıb.

Yeri gəlmişkən, sığorta hadisəsi baş vermiş “Parabank” ASC, “Zaminbank” ASC, “Kredobank” ASC və “Dekabank” ASC-nin qorunan əmanətçilərinin sayı 31 min 959 nəfər təşkil edir.

17 min 786 nəfərin əmanətləri 1 manata, 11 min 534 nəfərin əmanətləri isə 1 manatdan 1000 manata qədər olanlardır. 1000 manatdan artıq əmanəti olan əmanətçilərin sayı 2 min 639 nəfərdir və 19 avqust 2016-cı il tarixinə onlardan 1915 nəfərinə (72,6%) 56 min 455 min manat kompensasiya ödənilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *