Palata: Bağlanan iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Palata: Bağlanan iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək

Palata: Bağlanan iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək


Maliyyə Bazarlarına Nəzarət Palatası əmin edir ki, bunun üçün kifayət qədər maliyyə resursları var.

Ali Məhkəmənin avqustun 11-də keçirilmiş iclasında “Atrabank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərin əleyhinə qərar qəbul edilsə də, bununla bağlı qətnaməni, hələ ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) əldə etməyib.

Oxu.Az-ın məlumatına görə, bunu “Report”-a açıqlamasında Palata sədrinin müşaviri Rüfət Abbasov deyib.

O, bağlanmış banklardakı əmanətçilərə kompensasiya ödənilib-ödənilməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Hələ ki, biz məhkəmənin qərarını əldə etməyə çalışırıq. Bununla belə, ilkin hazırlıq işləri aparmışıq. Qətnaməni aldıqdan sonra müvafiq tədbirlər görəcəyik, hər iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək. Bunun üçün kifayət qədər resurslar mövcuddur”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *