Lirə manata nisbətən bahalaşdı
Avro və funt sterlinq manata nisbətən ucuzlaşmaqda davam edir.
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 9-a olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi avqustun 8-i ilə müqayisədə dəyişməyərək 1,6005 manat təşkil edib.
Qonşu ölkə olan Türkiyənin milli valyutası lirə isə 0,18% bahalaşaraq 0,5356 manatdan 0,5366 manata qalxıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli