Funt sterlinq manata nisbətən ucuzlaşıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 5-ə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi avqustun 4-i ilə müqayisədə 0,20% bahalaşaraq 1,5980 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinq 2,0989 manatdır.
Beləliklə, funt sterlinq də 1,24%-lik ucuzlaşma nümayiş etdirib.
Qeyd edək ki, İngiltərə Mərkəzi Bankı yeddi ildən bəri ilk dəfə uçot faiz dərəcəsini aşağı salıb. Bu səbəbdən də funt sterlinq digər valyutalar qarşısında ucuzlaşır.
Mənbə:> Oxu.az