Vergilər Nazirliyi proqnoz tapşırığına əməl edib
Büdcəyə 3 milyard manatdan çox vəsait ödənilib.
2016-cı ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 849 milyon 942,5 min manat vəsait daxil olub,
Oxu.Az-a nazirlikdən verilən məlumata görə, proqnoz tapşırığına 100,4% əməl edilib.
Hesabat dövründə 62 min 496 vergi ödəyicisi qeydiyyata alınıb.
Mənbə:> Oxu.az