Əmanətlərin Sığortalanması Fondunun xərcləri açıqlandı
Hazırda Fondun investisiya portfeli 7,3 milyon manat təşkil edən qiymətli kağızlardan ibarətdir.
2016-cı ilin II rübündə Əmanətlərin Sığortalanması Fondunun cəmi aktivləri 168,2 milyon manat edib, bunlardan uzunmüddətli aktivlər 2,2 milyon manat olub.
Oxu.Az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun cari ilin birinci yarısı ilə bağlı açıqladığı hesabatda əks olunub.
2016-cı ilin II rübündə Fondun cəmi gəlirləri 13,7 milyon manat olub ki, bunun da 13,2 milyon manat hissəsini təqvim haqları, 443 min manat hissəsini faiz gəlirləri təşkil edib. Fondun inzibati və ümumi xərcləri 1,8 milyon manat, bunun da 943,5 min manatını əməliyyat xərcləri təşkil edib.
Hazırda Fondun investisiya portfeli 7,3 milyon manat təşkil edən qiymətli kağızlardan ibarətdir.
2016-cı ilin II rübün sonuna Fondun iştirakçısı olan bankların sayı 37-dir.
Fond məlumat üçün bildirir ki, 1 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq, 3 (üç) il müddətində tam sığortalanır.
2 mart 2016-cı il tarixdən əvvəl illik 12%-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.
Mənbə:> Oxu.az