Əhaliyə ŞOK SÜRPRİZ: Daha iki məhsul bahalaşır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Əhaliyə ŞOK SÜRPRİZ: Daha iki məhsul bahalaşır

Əhaliyə ŞOK SÜRPRİZ: Daha iki məhsul bahalaşır


Çörəyin qiymətinin gözlənilmədən artırılmasından sonra yeni qiymət artımı ilə bağlı cəmiyyətdə müzakirələr səngimək bilmir.

Belə ki, qeyri-neft sektorundan daxilolmaların azalmasından yaranan kəsiri hökumət təbii inhisarların xidmət və mallarını bahalaşdırmaqla kompensasiya etmək məqsədi ilə yaxın günlərdə qaz və suyun da qiymətinin artırılacağı gözlənilir.

AzNews.info xəbər verir ki, bu barədə istiqlal.az saytına hökumətdaxili mənbələrdən məlumat daxil olb.

Nəzərdə tutulan artıma görə, 1000 m3 təbii qazın qiyməti 120 manat olacağı gözlənilir. Yəni təbii qazın qiymətində 20 faiz bahalaşması nəzərdə tutulur.

Mənbənin məlumatına görə, qiymət artımının başqa bir səbəbi isə ARDNŞ-in üzləşdiyi maliyyə çətinlikləri ilə bağlıdır: Hazırda Dövlət Neft Şirkətinin bir neçə milyard manat borcu var, maliyyə reytinqi mənfiyə düşüb, neftin qiymətində ciddi artım gözlənilmədiyindən şirkətin başqa yolu da qalmır.

Bununla yanaşı suyun qiymətində də eyni cür artımın olacağı gözlənilir. Benzin və başqa yanacaq məhsullarının 15-20 faiz bahalanacağı ilə bağlı iddialar var.

Əgər informasiyalar öz təsdiqini taparsa bu artım əhalinin sosial durumuna necə təsir edəcək?

Mövzu ilə bağlı azxeber.com-a danışan iqtisadçı-eksper Vüqar Bayramov iddiaların təsdiqini tapacağı təqdirdə əhalinin sosial durumunun daha da ağırlaşacağını istisna etmir:

“Süni qiymət artımı bir çox ərzaq məhsullarının qiymətinin artımına təsir edir. Bu baxımdan dövlət qurumları çalışmalıdırlar ki, qeyri-ərzaq məhsullarının qiymətlərinin artması baş verməsin. Amma təəssüflər olsun ki, əksər hallarda bir strateji məhsulun qiymətinin artması digər ərzaq və qeyri ərzaq məhsullarının qiymətlərinin artması ilə nəticələnir. Növbəti tənzimlənən qiymətlərin necə dəyişdiyini praqnozlaşdırmaq isə çətindir. Tənzimlənən qiymətlərlə bağlı qərarı Tarif şurası verir və tənzimlənən qiymətlərin artması yaxud dəyişdirilməsi ilə bağlı qərar qəbul edir. Yaxşı olardı ki, Tarif Şurası hansı məhsulların qiymətinin artması ilə bağlı öncədən əhaliyə məlumat versin. Çünki bu qiymət artımı əhalinin sosial vəziyyətini daha da ağırlaşdıra bilər”.

V.Bayramovun sözlərinə görə, bu günə kimi Tarif Şurası hansısa qiymət artımı ilə bağlı öncədən əhaliyə məlumat verməyib:

“Dünya praktikasında məlumat öncədən əhaliyə verilir və insanlar onları nəyin gözlədiyini bilirlər. Ancaq Azərbaycanda Tarif Şurası bu günə kimi vətəndaşlara hansısa artımla bağlı öncədən heç bir məlumat verməyib. Digər bir tərəfdən artımın səbəbləri göstərilməlidir. Yəni, hansı ehtiyyacdan belə bir addımın atıldığıl ictimaiyyətə bildirilməlidir”.

Xatırladaq ki, iyulun 14-də isə Tarif (qiymət) Şurası “Azərişıq” və “Azərenerji” ASC-lərin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin artırılması barədə qərar qəbul etmişdi

Mənbə: İstiqlal.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *