Çörək bahalaşır
İyulun 30-dan respublikamızda çörəyin qiyməti artacaq. Bu barədə xəbəri Modern.az saytı yayıb. Sayt xəbər verir ki, bvelə bir qərar ölkədə çörək istehsalı ilə məşğul olan iş adamlarının toplantısında qəbul edilib. Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40, 40 qəpiklik çörək isə 50 qəpiyə satılacaq. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir.
Qiymət artımının devalvasiya və elektrik enerjisinin bahalaşması ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, unun qiymətində hər hansı dəyişiklik gözlənilmir.
Mənbə:> Modern.az