Çörəklə bağlı rəsmi açıqlama » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Çörəklə bağlı rəsmi açıqlama

Çörəklə bağlı rəsmi açıqlama


İqtisadiyyat və Sənaye Nazirliyi son günlər çörəyin və unun qiymətində artımın olması məsələsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir.

Aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb.
Bu isə, çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir.

Qeyd edək ki, Bakının bəzi marketlərində çörəyin qiymətinin iki dəfə qalxdığı bildirilir.

Bu barədə ANS PRESS-ə alıcılar xəbər veriblər. Onların sözlərinə görə, Bakının Suraxanı, Binəqədi rayonlarında bir sıra marketlərdə çörək 60, 70 qəpikdən satılır.

Alıcılar bildirirlər ki, satıcılar bunu manatın dollar qarşısında ucuzlaşmağı ilə izah edirlər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *