Azərbaycanda un bahalaşdı
Azərbaycanda unun topdansatış qiyməti artıb.
AzNews.info Lent.az-a istinadən xəbər verir ki, dekabrın əvvəllərində ölkənin iri dəyirmanlarında 1 kiloqram unun qiyməti 32-36 qəpik arası idisə, artıq bu rəqəm 50 qəpiyə yüksəlib.
Ölkənin ən böyük dənüyütmə şirkəti olan “Karat Holding”dən Lent.az-a bildirilib ki, şirkət dekabrın 21-dəki devalvasiyadan sonra unun 1 kiloqramının topdansatış qiymətini 49 qəpiyə qaldırıb və artıq satış yeni qiymətlə həyata keçirilir.
Şirkət nümayəndəsi onu da əlavə edib ki, qiymət 49 qəpiyə qalxmazdan əvvəl unun 1 kiloqramının dəyəri müxtəlif rəqəmlərlə ifadə olunub və son olaraq 39 qəpik təşkil edib.
Qeyd edək ki, bu gündən etibarən ölkədə unun kisəsinin və çörəyin qiyməti yüksəlib. Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, çörəyin qiyməti 40 qəpikdən 50 qəpiyə qalxıb.
Mənbə:> Lent.az