“20-30 faiz qiymət artımına getməyə məcbur olduq” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“20-30 faiz qiymət artımına getməyə məcbur olduq” – AZERSUN HOLDINQ

“20-30 faiz qiymət artımına getməyə məcbur olduq”


“Azərsun Holdinq” şirkəti Azərbaycanda istehsal etdiyi məhsullarda qiymət artımı ilə bağlı açıqlama verib.

Azərsun Holdinq Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, şirkət qiymət dəyişikliyinə səbəb kimi neftin qiymətinin 4 dəfə aşağı düşməsini və manatın məzənnəsinin ABŞ dollarına nisbətən ucuzlaşmasının bütün sahələrdə olduğu kimi qida sənayesinə də təsiri ilə əlaqələndirib:

“Böyük hissəsi dünya birjalarında ABŞ dolları ilə satın alınan, müxtəlif beynəlxalq daşıma şirkətləri vasitəsilə Azərbaycana gətirilən xammal hesabına ölkəmizdə istehsal olunan məhsulların qiymətində də müəyyən tənzimləmələr qaçılmaz olub. Belə ki, il ərzində baş vermiş devalvasiyanın təsiri olaraq “Azərsun Holdinq” istehsal etdiyi məhsulların qiymətində ortalama 20-30 faiz qiymət artımına getməyə məcbur olub. Mövcud vəziyyətin idarə edilməsi, təsirin minimuma endirilməsi məqsədi ilə “Azərsun Holdinq” bazarda tənzimləyici funksiyalar daşıyan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və digər aidiyyətı dövlət qurumları ilə mütəmadi müzakirələr aparır”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *