Bakı-Novorossiysk kəməri ilə neftin nəqli dayandırılıb
SOCAR isə məlumatı təkzib edib.
“Transneft” şirkəti bəyan edib ki, Azərbaycanda baş verən zəlzələ səbəbindən Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqli dayandırılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi İqor Dyomin jurnalistlərə bildirib.
“Səhər baş verən zəlzələ səbəbindən Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqli dayandırılıb”, - o bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb.
Dövlət Neft Şirkətindən (SOCAR) isə “Report”a bildirilib ki, Azərbaycan tərəfi bu boru kəməri ilə neftin nəqlini dayandırmayıb:
“Nəqletmədə heç bir fasilə olmayıb, neftin kəmərlə nəqli qrafik üzrə davam etdirilir”.
Mənbə:> Oxu.az