BTC kəməri ilə Azərbaycan neftinin nəqli 10% artıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

BTC kəməri ilə Azərbaycan neftinin nəqli 10% artıb

BTC kəməri ilə Azərbaycan neftinin nəqli 10% artıb

2016-cı ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 625 min 235 ton Azərbaycan nefti nəql olunub. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 10% artım deməkdir.

Oxu.Az Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında bu kəmərlə 12 milyon 440 min 802 ton neft ötürülüb.

Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 4% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il iyun ayının 1-ə qədər BTC-yə 305 milyon 116 min 191 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin may ayında BTC kəməri ilə 404 min 436 ton Türkmənistan nefti nəql olunub.

2016-cı ilin may ayı ərzində 2 milyon 562 min 488 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 558 min 661 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).

Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 milyon 651 min 407 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il iyun ayının 1-ə qədər Ceyhan limanından 303 milyon 845 min 179 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *